news Image
2017.05.13
15:30
| A A A
Psixoloq Dəyanət Rzayevin intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATLARI

Mərhum psixoloqun anası göz yaşlarına boğularaq oğlundan danışdı.

Movqe.Az bildirir ki, ARB TV-nin "Yolun sonu" verilişində bu dəfə intihar etmiş mərhum psixoloq Dəyanət Rzayevin həyat hekayəsindən bəhs edilib.

Proqramda mərhumun ailəsi ilə yanaşı, iş yoldaşları da onun barəsində danışıblar.

Şərqiyyə Rzayeva - Anası: "3-cü bacısı anadan olanda həmişə deyirdi ki, mən istəyirdim qardaşım olsun. Elə oldu ki, bu qız oldu. Küsmüşdü, incimişdi bizdən. Xəstəxanaya gələndə, bacısını göstərib dedim ki, Dəyanət bax, baxanda o qədər xoşuna gəldi ki. 18 nömrəli məktəbə gedirdi. Özü 1-ci sinifdə, bacısı isə 2-ci sinifdə oxuyurdu. Bir də gördük ki, Dəyanət qaça-qaça tək gəldi. Atası dedi ki, bacın hanı? Dedi ki, mən tez çıxmışam, görmədim. Dedi ki, bəs necə gəldin sən? Əmisinin həyətdə iti var idi. Dəyanət balaca boyu ilə, gedirdi restorandan ət gətirirdi. Ölüm mənə yaraşardı, ona yox. Mən yaşlı idim, o, cavan. Bu, düz deyil. Deyirdi ki, ana yox, mən cavan gedəcəm. Deyirdi ki, mən bir də evlənsəm, necə baxarsan? Deyirdim ki, normal. Həyatda hər şey ola bilər. Sonunca dəfə üzük üçün gələndə görüşdük. Dedi ki, ana sənə pul lazım deyil? Hər gözümün qabağına gələndə ürəyim az qalır partlasın. Gözləri bağlı, ağzı bağlı".

Mehriban Rzayeva - Bacısı: "Eyni mahnılara qulaq asırdıq. Elə bir şeylər var idi ki, eyni idi bizlər. Halım olmayan da gəlib, qabağımda oynayırdı. Çox şıltaqlıqları var idi. Çox istəyirdi məni, yaxın idik. Həyatda insanlara baxışım dəyişib. Böyük bir boşluq var. Heç nə zamanla düzələn deyil. Çantasında yem var idi pişiklər üçün. Mənə deyirdi ki, maşını saxla pişik gördüm. Ona gedib yem verirdi. İşinə gəlmişdim. Həmişəki kimi liftə qədər ötürüb, öpüb qucaqladı. Son vaxtlar məni daha çox sıxıb, qucaqlayır, öpürdü. Nişanlı idi, istədiyi var idi. Toyu olmalı idi, bu yaxınlarda. 5 gün telefonlara cavab vermirdi. Söndürmüşdü telefonları. Anamla getdik evinə. Açmırdı qapını heç kimə. Axırıncı dəqiqələr də, biz qapını açanda hiss elədim ki, biz onu belə tapacağıq". Elmir Əkbər - Psixoloq: "10 il bundan qabaq İçərişəhərdə, Qız qalasının yaxınlığında çox yığcam, sadə, bir otaqlı yerdə başlamışdıq fəaliyyətə. Kaş, yenə elə şərait olardı, amma bunlar olmazdı. Sonralar mənə Dəyanətlə vaxt keçirmək çətin gəlirdi. Çünki mən də görürdüm, bu özü də görürdü ki, bu insan bundan sui-istifadə edir. Bunu qəbul etmək çox çətin gəlirdi. Onun mərhəmətindən istifadə edirdilər. Onun ətrafında olan insanların böyük bir qismi yırtıcı təbiətli insanlar idi. Dəyanət özünə pul xərcləmirdi. Dəyanət sevdiyi insanlar, canlılar üçün yaşayırdı. Dəyanət müqəddəs yazılardakı kəlamları deviz kimi götürmüşdü ki, siz himayə götürdüklərinizin qarşısında borclusunuz. O, bilirdi ki, hansı küçənin, hansı tinində kimsəsiz yaşlı qadınlar, kişilər yaşayır, kimin harada, nə problemi var. Evlərə qapı-qapı döyürdü, kimin nə canlısı var idisə, onun yeməyini verirdi. Onun xətrini çox istəyən insanlar onla yavaş-yavaş az-az danışırdı. Özünü əlçatan eləmişdi. Dəyanəti istədikləri an tapa bilərdilər, yalvara bilərdilər. Birdən deyirdi ki, bilirəm yalandan edir, amma nə edim, adam özünü aşağılayır. Çox adamlar onun əlinin altından gəlib-keçmişdilər. Onlar bunu bağışlaya bilmirdilər ki, Dəyanət bilir ki, onlar əslində kimdilər. O qeyri-peşəkarlar, dələduzlar, yırtıcı ruhlu insanlar onlar hamısı onun sənətinin, peşəsinin, insaniyyətinin qabağında baş əymiş insanlar idi".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs