Əlaqə Arxiv
news Image
2017.05.14
18:11
| A A A
IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib (FOTO)

Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” adlı silsilə xarakterli ilk xüsusi tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.

Movqe.az-ın məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd ediblər ki, İslamiadanın açılışı ən yüksək səviyyədə keçirildi. Komandamız beynəlxalq idman yarışının birinci günündə 22 medal qazanıb. Medallardan 10-u qızıl, 9-u gümüş, 3-ü isə bürüncdür.

Sonra medalçılara hədiyyələr verilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Trend

Sizin Reklam Yeriniz