Əlaqə Arxiv
news Image
2017.05.15
11:26
| A A A
Səhiyyə Nazirliyi: İslamiada başlayandan bu günə kimi təcili yardıma 66 müraciət daxil olub

IV İslam Həmrəyliyi Oyunları başlanandan bu günə kimi  Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 66 müraciət daxil olub. Movqe.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında bildirib ki, onlardan 24 şəxs hospitalizə olunub. Onun sözlərinə görə, həmin şəxslərdən 22 nəfəri Klinik Tibbi Mərkəzə aparılıb, 3 nəfər konsultasiya olunduqdan sonra evə buraxılıblar. Nazirlik rəsmisi qeyd edib ki, xəstəxanada hospitaıliza olunan digər şəxslərdə sonrakı günlərdə evə yazılıb: "Ötən günlər ərzində təcili yardıma müraciət edən 66 nəfərdən 18 nəfəri əcnəbidir və onlardan 11 xəstəxanaya aparılıb. Konsultasiya olunan 3 şəxs də əcnəbilərdir. 48 nəfər yerli iştirakçıya baxış olub və  onlardan 10 nəfəri hospitalizə edilib. İştirakçıların 22-i Mərkəzi Klinik Xəstəxanaya, digəri 2 nəfər idmançıların Bərpa Mərkəzinə yerləşdirilib. Diaqnozları baş ağrıları, hərarət, aritmiya və.s olub".
Nazirlik rəsmisi əlavə edib ki, hazirda Kliniki Tibbi Mərkəzdə cəmi bir nəfər qalıb. Xəstəxanaya yerləşdirilənlərin hər birinə yüksək səviyyədə lacımi tibbi yardım göstərildiyini deyən S.Əhmədova qeyd edib ki, qalan 1 nəfər  şəxs bu gün evə buraxılacaq.

Sizin Reklam Yeriniz