news Image
2017.05.15
13:07
| A A A
Türk dünyasının böyük alimi Mehmet Haberal dünyanın nüfuzlu elmi tədbirində

Türkiyənin Başkent Universitetinin qurucusu, Dünya Transplantoloqlar CəmiyyətininSədri Professor MehmetHaberal Türk dünyasını dünyanın hər yerində qürurla təmsil etməyədavam edir. Professor MehmetHaberal bu günlərdə Amerikan Transplantasiya Cərrahları Cəmiyyəti və Beynəlxalq Transplantoloqlar Cəmiyyəti tərəfində Çikaqoda təşkil olunanbeynəlxalq konqresə dəvət olunub. Professor MehmetHaberalbu nüfuzlu elmi tədbirdə görüşlər keçirib və məruzə edib. 

Xatırladaq ki, professor Mehmet Haberal Türkiyə Transplantasiya Cəmiyyətinə uzun müddət rəhbərlik edib. 1990-cı ildə Avropa, Orta Şərq və şimali Afrikada ilk dəfə uşaqlarda canlıdan hissəvi qaraciyər köçürülməsi əməliyyatını aparıb. 15 mart 1990-cı ildədünyada ilk dəfə olaraq yeniyetmələrdə, canlıda qismən qaraciyər köçürülməsi əməliyyatı uğurla nəticələnib. 18 may 1992-ci ildə isə dünyada ilk dəfə olaraq bir donordan eyni zamanda həm qaraciyər, həm də böyrək götürməklə xəstə pasiyentə qaraciyər və böyrək köçürülməsi əməliyyatını reallaşdırıb. Həmin il NyuYork Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2016-cı ildə isə Dünya Transplantoloqlar Cəmiyyətinin sədri seçilib. 

Professor MehmetHaberal bu ilin əvvəlində İngiltərə Kral Tibb Dərnəyinin təsis etdiyi ali mükafata layiq görülüb. MehmetHaberal əsası 1805-ci ildə qoyulmuş bu mükafatıən ali dərəcə olan “D.F” dərəcəsi üzrə alan ilk alim olub. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs