Əlaqə Arxiv
news Image
2017.05.15
12:42
| A A A
Bakıda qablaşdırılmış radiasiyalı quyu suları satılır-SOS

"Bakıda satılan sərin suların bir qismi quyu suları ilə doldurularaq qablaşdırılır. Paytaxtda quyu suları neftlə çirkləndiyindən, həmin sularda radiasiya təhlükəsi var".

Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədov söyləyib. D. Məmmədov bildirib ki, Bakı kəndlərində quyulardan doldurulan sular əsasən iri restoran və el şənliklərinin keçirildiyi iaşə obyektlərinin zirzəmilərində qablaşdırılır: " Quyu suları içmək üçün çox təhlükəlidir. Bakıda isə quyu suları neftlə çirkləndiyindən həmin sularda  radiasiya var. Quyu sularından içmək üçün istifadə təhlükəli olduğundan, paytaxt əhalisinin içməli su ilə təmin edilməsi üçün Bakıya Oğuz-Qəbələ su kəməri çəkildi. Amma indi bəzi işbazlar Bakı kəndlərində quyu sularından istifadə edərək qablaşdırıb el şənliklərində süfrələrə qoyur. Şadlıq evləri nəzarətdən kənar qaldığından, yoxlamalar da dayandırıldığından bu qanunsuzluq cəzasız qalır".

D. Məmmədov belə suların Bakı ətrafında yerləşən, eləcə də məhəllələrdə fəaliyyət göstərən kiçik mağazalarda da satıldığını bildirib. Onun sözlərinə görə, bu suların tərkibi ilə yanaşı, qablaşdırılmasında istifadə edilən qabların da gigiyenik normalara cavab verib-vermədiyi şübhə altındadır. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz