news Image
2017.05.16
11:27
| A A A
Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyası keçirilib (FOTO)

Mayın 15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları"nın satılan aviabiletlərin sayına görə ağac əkilməsini nəzərdə tutan geniş miqyaslı aksiyasının birinci mərhələsi həyata keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, ümumilikdə, mayın 3-dən 10-dək AZAL-ın kassalarında və rəsmi agentliklərində, həmçinin aviaşirkətin saytı vasitəsilə təxminən 25 min bilet satılıb.

Pilotlar, təyyarə bələdçiləri, Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və digərləri də daxil olmaqla "Azərbaycan Hava Yolları" QSC-nin bütün bölmələrinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyasına qoşulub.

"Azərbaycan Hava Yolları" tərəfindən bu kimi aksiyalar respublikanın bütün hava limanlarında həyata keçirilir.

Biz bir daha diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldirik.

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən meşə ehtiyatlarının artırılması və ətraf mühitə qayğıkeş münasibət göstərilməsinə yönəldilmiş bu cür təşəbbüslər davam etdiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs