news Image
2017.05.18
12:56
| A A A
Gömrük nəzarətindən gizlədilən 3200 siqaret müsadirə olunub

Gömrük nəzarətindən gizlədilən 3200 siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs