news Image
2017.05.19
11:04
| A A A
3 ayda Azərbaycanda QİÇS-ə yoluxanların-ŞOK statistikası

2017-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar edilmiş insanların sayı 108 nəfər təşkil edib. Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün  Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən tədbirdə Mərkəzin rəhbəri Esmira Alməmmədova səsləndirib. Esmira Alməmmədova  bildirib ki, onlardan 107-si (99,1%) Azərbayacn vətəndaşı, 1 nəfəri (0,9%) isə əcnəbidir: "Qeydiyyata alınmış 107 Azərbaycan vətəndaşından 71-i (66,4 %) kişi, 36 -ı (33,6 %) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV- infeksiyasından 19 nəfər Azərbayacan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. 2007-ci ilin üç ayı ərzində İİV-ə yoluxması təsdiqlənmiş  Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: "10 nəfər (9,3 %),  parenteral kontakt, 51 nəfər (46,7 %) heteroksal kontakt, 4 nəfər (3,7%) homoseksual kontakt nəticəsində,4 nəfər (3,7 %) anadan uşağa ötürülməklə, 39 nəfərin (36,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir"
Zülfiyyə QULUYEVA

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs