Əlaqə Arxiv
news Image
2017.05.19
11:56
| A A A
Seks bizneslə məşğul olanlara müştəriləri fiziki təsir edir ki...

Azərbaycanda cinsi yolla İİV-ə yoluxmalara təsadüfi cinsi əlaqələrdə prezervativlərdən (cinsi əlaqə zamanı qoruyucu) imtina da təsir edir. Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən tədbirdə Mərkəz rəhbəri Esmira Alməmmədova  deyib. E. Alməmmədova bildirib ki, seks bizneslə məşğul olanlar öz cinsi partnyorlarına prezervativlərdən istifadəni təklif edir. Amma onların klientləri prezirvativlərdən istifadədən imtina edir: "Əslində seks bizneslə məşğul olanların prezervativlərdən istifadəsi müsbət dinamikadır. Deməli onların bilikləri, davranışları dəyişir. Amma bu məsələdə onların müştəriləri ilə problemləri olur. O qadınların  müştəriləri də bilməlidirlər ki, təsadüfi cinsi münasibətlərdə qoruyucudan istifadə vacibdir. Bir kontakt yetərlidir ki, onlar bu virusa yoluxsunlar”.

Hüquqi İnkişaf və Demokratiya İB-nin sədri Zülfiyyə Mustafayeva da müştərilər tərəfindən prezervativlərdən istifadəyə münasibətin birmənalı olmadığını bildirib. Onun sözlərinə görə, qadınlar öz cinsi partnyorlarına prezervativlərdən istifadəni təklif edirlər: “Amma müştərilər qoruyuculardan imtina edirlər. Müştərilər seks xidməti göstərən qadına məcbur edir ki, hətta fiziki təsir edirlər ki, prezervativdən istifadə etməsin, Bəzən hətta deyirlər ki, “sənə pul verirəm istədiyim xidməti göstərməlisən”. Buna görə, artıq pul təklif edənlər var ki, təki qadın prezertativdən cinsi əlaqə zamanı istifadə etməsin”.
Z. Mustafayeva qoruyuculardan istifadədən imtinaya digər səbəblərin də təsir etdiyini dilə gətirib: “Qadın prezervativ istifadə edəndə müştəri xoflanır ki, səndə hansı xəstəliksə var. Bütün bunlar ona gətirib çıxardır ki, bizim payladığımız prezervativlər istifadəsiz qalır. Ona görə də, bu cür təhlükəli xəstəliklərin cinsi yolla yayılmasının qarşısını almaq üçün qoruyucuların təbliği ilə məşğul olmalıyıq”.
Tədbirdə iştirak edən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə sabit partnyorların da prezervativlərdən istifadə etmədiyinə diqqət çəkib. Onun sözlərinə görə, bəzən sabit cinsi partnyorları olanlar hesab edirlər ki, münasibətdə olduqları şəxs onu başqasına dəyişməz. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz