Əlaqə Arxiv
news Image
2017.05.22
22:00
| A A A
Londonda evlər gözlənilmədən bahalaşıb

Londonda yaşayış evlərinin qiymətləri aprel ayı ilə müqayisədə 2,1% artaraq orta hesabla 649 864 funt sterlinqə (846 min ABŞ dolları) yüksəlib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat "Rightmove Plc" əmlak saytı tərəfindən yayılıb. 
Bildirilir ki, iyunun 8-də Böyük Britaniyada keçiriləcək ümumxalq səsverməsinin yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, evlərə tələbatın artımı müşahidə olunur.

"Rightmove" şirkətinin direktoru Maylz Şipsayd (Miles Shipside) hesab edir ki, ölkənin digər regionları ilə müqayisədə paytaxt Londonda satıcılar təkliflərini verməkdən qaçırlar, bu da qiymətlərin artmasına səbəb olur.
Sayt həmçinin qeyd edir ki, Böyük Britaniya üzrə ev qiymətləri may ayında 1,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3% artıb.

 

Sizin Reklam Yeriniz