Əlaqə Arxiv
news Image
2017.05.23
14:38
| A A A
DGK: İsrail vətəndaşı valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlətməyə çalışıb

Dövlət Gömrük Komitəsi (DGK) hava limanında İsrail vətəndaşına qarsı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Movqe.az-a  bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

DGK bildirir ki, 18 may 2017-ci il tarixində J 2021 sayılı Bakı-Təl-Əviv aviareysi ilə Azərbaycandan İsrailə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn İsrail vətəndaşı Aleksander Qorenşteyn “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin üzərində olan və gömrük orqanına əvvəlcədən mütləq qaydada yazılı formada bəyan etməsi tələb olunan xarici valyutanı gömrük orqanına bəyan etməyib:

"Aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasını keçərkən hərəkətləri şübhə doğurduğu üçün A.Qorenşteyn gömrük əməkdaşları tərəfindən saxlanılıb və sorğu-sual zamanı o, əynindəki şalvarın iç hissəsində 10 000 ABŞ dollarının olduğunu bildirib. Şəxsi yoxlama zamanı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə A.Qorenşteynin əynindəki şalvarın ön tərəfdən iç hissəsinə sonradan tikilmiş sağ və sol ciblərdə gömrük nəzarətindən gizlədilən 33 000 ABŞ dolları və üzərində olan pul qabından gömrük orqanına bəyan etmədiyi 2000 ABŞ dolları və cəmi 35 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Ölkə ərazisinə gətirilməsini təsdiq edən sənəd, eləcə də yazılı bəyannamə təqdim edilmədiyindən qeyd edilən əməl gömrük orqanı tərəfindən külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və gömrük nəzarətindən gizli keçirilməsi kimi qiymətləndirilərək müvafiq protokol tərtib edilib".

Sizin Reklam Yeriniz