news Image
2017.05.23
15:19
| A A A
Yəhudi xalqı Qələbə günü üçün Allaha minnətdardır - FOTOLAR

Artıq dördüncü ildir ki, bütün dünya, daha dəqiq desək dünyanın 50 şəhəri 26 iyar bayramını qeyd edir. 26 İyar azadlıq və qurtuluş günüdür, tamamilə yeni və eyni zamanda əski, sevilən ümumxaıq bayramdır. Bu Qələbə Bayramıdır.

Bu bayramın yaranma təfərrüatlarının tarixdə qalıb qalacağı barədə heç bir fikrim yoxdu, yalnız onu dəqiq bilirəm ki, bu tarix yəhudi xalqının yaddaşına və onların sayəsində bütün dünya xalqlarının yaddaşına faşizm üzərində, bəşəriyyətin bəlasına çevrilmiş ksenofobiyaya qarşı qələbə günü kimi həkk olunacaq.

Bu bayram barədə kütləvi informasiya vasitələrində, sosial mediyada çoxlu diskussiyalar olub, mən isə bu mövzuda, mənim fikrimcə, ən əhəmiyyatlı məqama toxunmaq istəyirəm.

Bu məqaləni yazmamışdan əvvəl mən gənclərimizlə bir az söhbət etmək qərarına gəldim. Daha dəqiq desək, onları ikinci dünya müharibəsi barədə sorğu sual etdim. Bizim bu disskussiyamızın detallarına varıb başınızı ağratmayıb, yalnz mahiyyətinin ümumləşdirmək istəyirəm. Söhbət etdiyim gənclərin demək olar ki hamısı, sadəcə olaraq, Birinci və İkinci dünya müharibələrində iştirak edən bir neçə yüksək rütbəli zabitlərin adlarını çəkə bildi, əsas etibarı ilə də İkinci dünya müharibəsinin. Gənclərdən bəziləri İkinci dünya müharibəsində baş vermiş bir neçə məlum hadisəni, az bir hissəsi isə Birinci dünya müharibəsinin məhşur döyüşlərinin bir-ikisini yada sala bildi. Yalnız mənin sorğu-suala tutduğum gənclərdən heç biri Birinci Dünya müharibəsinə aid bir dənə də olsun qələbə gününü yada sala bilmədi. 9 May Qələbə günü isə şükürlər olsun hələ yaddaşlardadır.

Bu da mənim sorğumun çox da ürəkaçan olmayan nəticələri. Ola bilsin ki, mənim yaşıdlarımın və məndən yaşlıların daha çox şey yadındadır. Amma yalnız hələ ki. Hələ ki, SSRİ də doğulan nəsil durur, hələ ki, ata və babaları İkinci Dünya müharibəsində iştirak edən nəsil sağdı, sonra illər keçdikcə, 9 May Qələbə bayramı da çoxdan baş vermiş hadisələr sırasına keçəcək. 26 İyar tarixi isə heç vaxt.

Bu tarix yalnız gələcək nəslin yaddaşında yaşayacaq,  bu tarixi bizim gələcək nəsil qeyd edəcək. Çünki, yəhudi xalqı Tövratdan bəhs edirsə, yaxın və uzaq gələcək yoxdur. Yəhudi xalqı üçün Tövratın hər sözü müqəddəsdir, o ki qaldı orada yazılan bayramlar. 26 İyar isə STMEGİ fondunun prezidenti cənab German Zaharyayevin təşəbbüsü ilə Tövrata yahudi xalqının alman faşizmindən azad olması və qurtuluşu günü kimi yazılıb.

26 İyar Bakıda mən deyərdim 9 Maydan da təmtəraqlı keçdi. Fikrimcə, bu bayramın rəsmi dövlət statusu alacaq gün yaxındır.

Bakının Yəhudilər Evi adlanan məkanda 26 İyar bayramını təntənəli surətdə keçirmək üçün çoxlu adam toplanmışdı. Hesed təşkilatının Bakı şöbəsinin təşkil etdiyi tədbirdə şəhərin yəhudi məktəblərinin şagirdləri xüsusi hazırlanmış proqramla çıxış etdilər. Ravvinlər İkinci Dünya müharibəsində həlak olmuş yəhudiləri yad etmək üçün şamlar yandırdılar. Tədbir iştirakçılarının çıxışları, müharibəyə həsr olunmuş mahnılar, həlak olanların ruhuna oxunan dua – bütün bunlar bugünkü bayramın bütün qonaqlarının zövqünü oxşayaraq xoş təəssürat bağışladı. Tədbirin xüsusi qonağı olan İsrail dövlətinin Azərbaycandakı səfiri cənab Dab Stav da çıxış edərək, tədbirin yüksək səviyyədə hazırlanmasını vurğuladı, həmçinin bu tarixin yaranmasının təşəbbüskarı olan cənab German Zaharyayeva öz təşəkkürünü bildirdi.

P.S. Bu gün 22 may 2017 ci il, yəhudi təqvimi ilə isə 26 iyar 5775 ci ildə Azərbaycanın paytaxtı gözəl Bakı şəhərində alman faşizmi üzrərində qələbənin 72ci ildönümü qeyd oludu. Yalnız bu tədbirdə ilk dəfə olaraq bir nəfər belə müharibə iştirakçısı yəhudi xalqının nümayəndəsi yox idi. Çox təəssüf. Allah rəhmət eləsin!

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs