Əlaqə Arxiv
news Image
2017.05.23
16:14
| A A A
Azərbaycanda bu parka 265 min turist səyahət edib-Nazir

“Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıbdır”.

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Nazir bu sahədə fəaliyyətin davamı olaraq həyata keçirildiyini,  Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparıldığını, deyib. Onun sözlərinə görə, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilməsi, Dənizkənarı Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlərin həyata keçirilir.

Nazir deyib ki,  Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı kəskin artıbdır: “Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilib. Təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət edibdir.  “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya” təsdiq edilibdir. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi və IDEA İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 170 başdan artıq ceyran öz tarixi areallarına köçürülübdür”. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz