Əlaqə Arxiv
news Image
2017.05.24
11:06
| A A A
“Azneft” dairəsi bağlandı

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

Movqe.az  xəbər verir ki, mayın 23-ü axşam saatlarından etibarən mayın 24-ü gecə saatlarınadək Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Sizin Reklam Yeriniz