Əlaqə Arxiv
news Image
2017.05.24
12:31
| A A A
Bakının iki rayonunda valideynlər üçün səyyar qəbul keçiriləcək

Mayın 26-da paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Movqe.az-a verilən məlumata görə, paytaxtdakı 299 nömrəli tam orta məktəbdə (Ünvan: Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 75) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək. 

Xatırladaq ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz