Əlaqə Arxiv
news Image
2017.05.24
13:38
| A A A
Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər

Fransada fövqəladə vəziyyət rejimi noyabrın 1-dək uzadıla bilər.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, Təhlükəsizlik Şurasının iclasının yekunu üzrə Yelisey Sarayının kommünikesində deyilir ki, hökumət yaxın vaxtlarda terror təhdidi ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi üzrə yeni tədbirlər hazırlamalıdır.

Sənəddə bildirilir ki, iyulun 15-də müddəti bitən fövqəladə vəziyyət rejiminə gəldikdə, respublika Prezidenti parlamentin bu müddətin noyabrın 1-dək uzadılması ilə bağlı məsələyə baxmalı olduğunu qərara alıb.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi sabiq Prezident Fransua Ollandın təşəbbüsü ilə Parisdəki terror aktlarından sonra tətbiq edilib və üç dəfə uzadılıb.

Sizin Reklam Yeriniz