news Image
2017.05.24
16:45
| A A A
Bakının mərkəzində yeni yol infrastrukturu istifadəyə veriləcək

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir.

Qurumdan  Movqe.az-a verilən məlumata görə, bu çərçivədə işlərin 95 faizi görülüb. İşlərin tam olaraq yekunlaşdığı 440 m uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsindən başqa, Mirzəağa Əliyev və Füzuli küçələrində də yenidənqurma işləri artıq bitib.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin uzunluqları müvafiq olaraq 750 və 800 m təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, 3 qat olmaqla asfalt-beton örtük döşənib.

Uzunluğu 1825 m, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2165 m uzunluğu olan Nərimanov prospektində isə yeni kommunikasiya xətləri çəkilib, 2 qat olmaqla asfalt-beton örtük döşənib. Yaxın günlərdə sözügedən ərazilərdə asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də görülərək yekunlaşdırılacaq.

Onu da əlavə edək ki, ümumilikdə Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafında yenidən qurulan yol infrastrukturunun mövcud yol şəbəkəsinə birləşdirilməsi işləri də görülərək yekunlaşdırılıb.

Hazırda layihənin gerçəkləşdiyi ərazi boyu piyada səkilərinin tikintisi, səki daşlarının düzülməsi, səkilərə və yol ayrıclarına tamet daşların döşənməsi işləri aparılır ki, bu işlər də yaxın müddət ərzində yekunlaşdırılacaq.

Qeyd edək ki, yenidən qurulan küçələrdə müasir işıqlandırma sistemləri, 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa olunacaq, küçələr boyu geniş yaşıllılar və parklar salınacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs