Əlaqə Arxiv
news Image
2017.05.24
17:37
| A A A
Cocuq Mərcanlı stasionar telefon şəbəkəsinə qoşulur

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, telekommunikasiya şəbəkəsinin 28 May Respublika günündə istifadəyə verilməsi planlaşdırılır.

Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığı əsasında həyata keçirilirdi.

Bu işlər çərçivəsində kənddə 64 nömrə tutumlu telefon stansiyası tikilib və Füzuli rayonundan 10 kilometr uzunluğunda optik xətt çəkilib.

 

 

Sizin Reklam Yeriniz