Əlaqə Arxiv
news Image
2018.11.10
16:00
| A A A
Siqaret hər 10 saniyədə 1 insanı məhv edir

Hər il dünyada 6 milyon insan siqaret mənşəli xəstəliklər səbəbiylə dünyasını dəyişir. Bu miqdar hər 10 saniyədə 1 insanın siqaret səbəbindən həyatını itirməsi deməkdir.
Movqe.az deyerler.org-a istinadən bildirir ki, tütün məhsullarında 4 mindən artıq kimyəvi maddə var və siqaret ağciyər, boğaz, mədə xərçəngləri, KOAH, infarkt, iflic, ürək və damar xəstəlikləri kimi bir çox ölümcül xəstəliyə səbəb olur.
 
Siqaretinin səbəb olduğu ağciyər xərçənginin, ölümə ən çox səbəb olan xərçəng növü olduğuna işarə edən mütəxəssislər xəstəlik haqqında bunları söylədilər: "Ağciyər xərçənginin əlamətləri sırarasına öskürək, qanlı bəlğəm, nəfəs çatışmazlığı, çəki itkisi və halsızlıq daxildir. Tez-tez bu əlamətlər ortaya çıxanda ağciyər xərçəngi əmələ gəlmiş olur, bu səbəblə də gec diaqnoz qoyulur.
 
Halbuki ağciyər xərçəngində də erkən diaqnoz xəstələrin həyatını xilas edə bilər. Bu da xüsusilə risk qrupunda olan şəxslərin analizləri vaxtında etməsilə mümkündür. Xüsusilə 54 yaşdan yuxarı siqaret istifadə edən, birinci dərəcə qohumları ağciyər xərçəngi diaqnozu almış şəxslər, daha əvvəl hər hansı bir xərçəng səbəbilə radioterapiya​ almış şəxslər risk qrupuna daxildir."
 

 

Sizin Reklam Yeriniz