news Image
2017.05.26
12:24
| A A A
İpoteka ilə mənzil alanlara yeni binadan ev veriləcəkmi? - Rəsmi açıqlama

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli adına ipoteka ilə mənzili olan jurnalistlərin media işçiləri üçün tikilən binadan ev ala bilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
V.Səfərli Publika.az-a açıqlamasında deyib ki, adına ipoteka ilə mənzili olan şəxslərin jurnalistlərin binasından da ev alması nəzərdə tutulmayıb:
“Ev almaq üçün müraciət edəcək jurnalistlər üçün şərtlər müəyyən edilib. Həmin şərtlərdə isə ipoteka ilə mənzil alan şəxslərlə bağlı heç bir söz yazılmayıb. Şərtlərdə bu barədə nə isə yoxdursa, mən nə deyə bilərəm? Ona görə də hər şey şərtlərə uyğun olacaq. KİVDF həmin şərtlər əsasında sənədləri qəbul edəcək”.
KİVDF-nin icraçı direktoru qeyd edib ki, ev almaq üçün müraciət edən jurnalistlərdən artıq sənədlər də daxil olmağa başlayıb:
“Artıq sənədlər daxil olur. Hələ yeni başladığı üçün onların sayını deyə bilməyəcəm. Yəqin ki, növbəti günlərdə bu barədə məlumat veriləcək”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs