Əlaqə Arxiv
news Image
2017.05.26
15:57
| A A A
Misirdə terror aktında 23 xristian öldürülüb

Misirdə içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib, 23 nəfər öldürülüb.
Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, terror aktı zamanı 25 nəfərin yaralandığı açıqlanıb. Minya şəhər valisi Əssam əl-Bedaivi koptların Qahirədəki monastıra gedərkən hücumə məruz qaldıqlarını bildirib.
 
Hələlik hadisəni heç bir terror təşkilatı üzərinə götürməyib.
 
Qeyd edək ki, ötən ay ölkənin Tanta şəhərində koptların kilsəsində, polis şöbəsində və İsgəndəriyyə şəhərində bir kilsədə törədilən terror aktlarını İŞİD-in təşkil etdiyi açıqlanmışdı. Həmin hadisələrdə 40-da çox adam ölmüşdü.

Sizin Reklam Yeriniz