Əlaqə Arxiv
news Image
2017.05.27
15:30
| A A A
Mövlud Mövludun ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATLARI

Movqe.az milli.az-a istinadla xəbər verir ki, ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə mərhum yazar Mövlud Mövluda həsr olunub.

Naibə Qurbanova - Jurnalist: "Mövlud əslində bilirsiniz necə idi, cavan oğlan, ancaq mənə görə 70-80 yaşında bir oğlan idi. Fikirləri sanki, çox yaşlı insana məxsus idi. Amma mən deyirdim ki, mütləq 30 yaşın olmalıdır, böyüməlisən sən. O yaşda elə adam görməmişdim. Sanki uşaqlığından qopa bilmirdi, küsəyən, emosional. Keçmişi ilə yaşayırdı. Uşaq vaxtı eşitdiyi hansısa mahnı onu ağlada bilirdi. Çox duyğusal idi. Onun bir yazısı var idi "Ahmet Kaya çocukları". Vaxtı ilə qulaq asdığı Ahmet Kaya mahnılarını unuda bilmirdi. Möhkəm bir travması var idi. Mövlud kimi adam üçün onlar cılız söhbətlərdi ki, maaş, iş falan. Mövlud sevgi acı idi. Mövlud kiçik bir ömür yaşadı, amma nə yaşadısa, o 3 ildə Sevinclə yaşadı. Biz deyirdik ki, yorularsan onunla. Buna baxmayaraq, onlar arasında sevgidən də ötə bir bağlılıq var idi. Mövluda dözmək çox çətin bir şey idi. 

Sizin Reklam Yeriniz