Əlaqə Arxiv
news Image
2017.05.29
14:05
| A A A
Avtobuslar "Koroğlu"da əvvəlki yerlərində dayanacaqlar

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür. Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.

Xatırladaq ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri aprelin 4-də Atletlər kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilmişdi. Məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən metronun "Koroğlu" stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz, təhlükəsiz fəaliyyətini təmin etmək idi.

Sizin Reklam Yeriniz