Əlaqə Arxiv
news Image
2017.05.30
11:06
| A A A
İmmunlaşdırma həftəsində uşaqlara vurulan peyvəndlər təhlükəsizdirmi?-Siyahı

Azərbaycanda keçirilən immunlaşdırma həftəsində peyvənddən kənarda qalmış 26596 uşaq  vaksin edilib. Bu barədə məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva verib. O açıqlamasında bildirib ki, aprel ayının 24-dən 30-dək davam edən peyvənd həftəsində təmizləyici immunlaşdırma işləri aparılıb: "Vərəm əleyhinə 339 nəfər, 1946 nəfər difteriya, göyöskürək, tetanus, 1715 nəfər Poliomielit iki valentli vaksinlə, 6083 nəfər inoktivləşdirilmiş polemielit , 3807 nəfər qızılça, parotit və məxmərəyə qarşı,326 nəfər hepatit B xəstəliyinə qarşı, 4724 nəfər beş komponentləşdirilmiş Hib vaksini ilə, 3641 nəfər pnevmokok infeksiyalarına qarşı peyvəndlə əhatə olunub. İmmunlaşdırma həftəsində 2941 nəfər uşağa Vitamin A (Vit A) paylanılıb".

G. Azadəliyeva uşaqlara vurulan peyvəndlərin təhlükəsiz olduğunu, immunlaşdırma həftəsində milli peyvənd təqviminə uyğun vaksin edilməyən uşaqların əhatə olunduğunu bildirib. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz