news Image
2017.05.30
16:06
| A A A
Macarıstanın peşə təhsili tanışlıq - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının dəvəti ilə bu ölkədə səfərdə olaraq, bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Budapeşt Maşın ustaları peşə liseyində görüş keçirmiş, bu təhsil müəssisəsinin işi ilə yaxından tanış olub. Peşə liseyində keçirilmiş görüşdə Macarıstan Respublikası təhsil nazirinin müavini Polskşi Qaborke ölkədə peşə təhsilinin strukturu və şəbəkəsi, iş qaydaları haqqında məlumat verib. Budapeşt Peşə Məktəbləri Mərkəzinin direktoru Ksereksnyes Piter Macarıstanda peşə təhsilinin təşkilində mərkəzlərini fəaliyyətindən danış;b. Təhsil Nazirliyinin peşə təhsili üzrə inspektoru Horvat Bela peşə məktəblərinə qəbul qaydalarına aydınlıq gətirib.

Akademik İsa Həbibbəyli Macarıstanda peşə təhsili üzrə qanunvericilik sənədləri ilə maraqlan;b, peşə məktəbləri üzrə onu maraqlandıran məsələlər ətrafında diskussiyada iştirak edib.

Sonra Budapeşt Maşın ustaları peşə liseyinin işi ilə tanışlıq olub.

Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev iştirak edib.

Ağahüseyn ŞÜKÜROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs