news Image
2017.05.30
16:37
| A A A
Aqrar Universitetdə yaz imtahan sesiyası ilə bağlı müşavirə keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sesiyasının gedişi və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə keçirilən müşavirədə bildirilib ki, artıq 4 və 5-ci kurslarda imtahanlar başa çatıb. Növbəti mərhələdə isə 1, 2, 3-cü kurs  tələbələri biliklərini sınaqdan çıxaracaq və imtahanlar iyul ayının 5-də yekunlaşacaq.

ADAU-nun mətbuat xidmətindən Movqe.az-a verilən xəbərdə deyilir ki, müşavirədə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imtahanların şəffaf keçirilməsi ilə bağlı görülən işlərdən danışıb, ictimai nəzatət komisiyasının tərkibini açıqlayıb və tələbə biliyinin əsas meyar olmasını söyləyib. Rektor onu da bildirib ki, imtahanlar kompyuterlə, yazılı və şifahi formada olacaq və tələbə biliyinin qiymətləndirilməsi tam şəffaf şəraitdə həyata keçiriləcək. Heç bir kənar müdaxiləyə yol verilməyəcəyini deyən rektor onu da əlavə eib ki, imtahanların gedişi zamanı istənilən valideyin iştirak edə bilər.

Çıxış edənlər isə yaradılan şəraitdən razılıq edib, tələbə biliyinin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayıblar.

Demək yerinə düşər ki, işin daha səmərəli və obyektiv  olması üçün aparıcı KİV nümayəndələri də ictimai nəzarət qrupuna daxil edilib. “Xalq ” qəzetindən Hamlet Qasımov, “Novosti Gəncə” qəzetinin baş redaktoru İrina Kalaşnikova, “ Respublika” qəzetindən Zabit Xəlilov, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və “Azərbaycan” qəzetindən Sabir Əliyev sözügedən komisiyada təmsil olunub.

Təbii ki, işin bu cür qurulması yalnız şəffaflığın təmin edilməsi üçündür.

Əlihüseyn ŞÜKÜROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs