news Image
2017.06.19
11:46
| A A A
ƏƏSMN 58 min nəfəri peşə hazırlığı kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 58 min nəfəri peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb edib

Bu barədə Movqe.az-a  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin 5 ayında ƏƏSMN tərəfindən peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunanların sayı 58 032 nəfər təşkil edib.

Onlardan 1887 nəfəri (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1796 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər) üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr üzrə təşkil olunan kurslarda ənənəvi peşə təhsili proqramları ilə yanaşı, modul tədris üsullarından da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları təqdim olunub.

Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 145 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub. Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə keçirilən tədbirlərdə bir sıra hallarda valideynlərin də iştirakı təmin olunub. Tədbirlər zamanı iştirakçılar əmək bazarında mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə ətraflı məlumatlandırılıb, gənclərə peşəyönümü məsləhətləri verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs