news Image
2017.06.20
11:46
| A A A
Əli Həsənov: Son 30 ildə qaçqın və məcburi köçkünlərin sayı 2, münaqişə zonalarının sayı 3 dəfə artıb

"Əslində bu gün hegemon, əraziləri və əhalisi çox olan ölkələr yeni çoğrafi məkanlar uğrunda, yeni regionlara nəzarət etmək, yeni ərazilərdə təbii sərvətlər əldə etmək uğrunda mübarizə aparırlar. Bu mübarizədən isə ərazisi və əhalisi az olan ölkələr əziyyət çəkirlər. Müasir dünyanın mənzərəsi budur və biz buna çox təəssüf edirik".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov əlavə edib ki, son 30 ildə qaçqın və məcburi köçkünlərin, miqrantların sayı 2 dəfə, münaqişə zonalarının sayı isə 3 dəfə artıb. Baş nazirin müavini hesab edir ki, bütün bunlar xalqların həmrəyliyini tələb edir.

Azərbaycanda artıq 16-cı ildir ki, Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini xatırladan Ə.Həsənov buna eyni zamanda təəssüfləndiyini də bildirib:

"Biz çox istərdik ki, qaçqınların öz doğma yurdlarına qayıtdığı günü qeyd edək. Ancaq dünyada gedən proseslər onu göstərir ki, vəziyyət getdikcə asanlaşmaq əvəzinə ağırlaşır. Çünki bu gün dünyada qaçqınların, miqrantların, məcburi köçkünlərin sayı 65 milyona çatır. Dünyada yaşayan insanların hər 134-dən biri qaçqındır. Bu, çox fəlakətli rəqəmdir. Xüsusilə, son 6 ildə qaçqınların sayı birdən-birə artıb. Son 3 ildə isə ümumiyyətlə artıb".

trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs