news Image
2017.06.20
14:43
| A A A
32 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən Movqe.az-a  verilən məlumata görə, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 19-u kiçik dövlət müəssisəsi, 7-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri-yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə, 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.

Özəlləşdirilən əmlaklar səhiyyə, pampıqçılıq sahəsinə aid olmaqla yanaşı, ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibi tapır. Məsələn yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən “Dalğa” kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5202 kv.m, ümumi faydalı sahəsi isə 1271 kv.m təşkil edir.

Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri yaşayış sahəsindən isə 4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır.

Komitədən bildirilib ki, regionlarda da hərraclar keçirilib. Hərracın gedişi böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirlən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.

Komitə tərəfindən növbəti hərrac aprelin 29-da keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs