news Image
2017.06.20
12:34
| A A A
Gülər Əhmədovanın təmsil olunduğu təşkilat azadlığa çıxan şəxslərə iş tapmaqda dəstək olacaq

Bu gün Bakı Mətbuat Mərkəzində “Sosial Adaptasiyanın İnkişafına Yardım” (SAY) İctimai Birliyinin təqdimatı keçirilib. Movqe.az-ın məlumatına görə, təqdimat mərasimində millət vəkilləri Fazil Mustafa, Sahib Alıyev də iştirak ediblər. Birliyin məqsəd və yaranma zərurətindən danışan  sədr  müavini Şahid Qurbanov bildirib ki,  2016-cı ilin sentyabrın 30-da  ayında SAY  təsis olunub.  Elə həmin ilin dekabr ayının 12-dən isə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. O, bildirib ki, Birliyin əsas məramı məsuliyyətə cəlb olunmuş şəxsləri mülki həyata adaptasiya etməkdir: “Çalışacağıq ki, ölkədə məhbəs həyatı yaşamış insanlaın normal həyata və əmək fəaliyyətinə adaptasiyasına, cəmiyyətə inteqrasiyasına köməklik edək. Onlara məşğulluq, təhsil və digər sahələrdə kömək etmək, tibbi-psixoloji və sosial yardım göstərmək Birliyimizin əsas vəzifələrindəndir. O bildirib ki, Birliyin sədri Musiqi Akademiyasının dosenti Fikrət Məmmədov, İdarə Heyətinin üzvləri isə sabiq millət vəkili Gülər Əhmədova, Rasim Müzəffərli, Azər Rəsulov və digər şəxslərdir.
Çıxış edənlərdən G.Əhmədova qeyd edib ki, iş tapmaq, köhnə həyata, ailəyə qayıtmaq “SAY” ilə daha rahat olacaq: “Biz məhbus həyatı yaşamış hər kəsin, ailəsinin, övladlarının yanındayıq. Məhbəs-türmə qəbir deyil ki, oradan qayıtmayasan. Hər kəs bilsin ki, ən möhtəşəm, tarixi şəxsiyyətlərin belə həyatında belə məhbəs və zindanlar olub. Bizə yazın, birlikdə çətinliklərinizi dəf edək”
Tədbirdə iştirak edən millət vəkilləri Fazil Mustafa və Sahib Alıyev Birliyin məramını dəstəklədiklərini və bu sahədə görüləcək işlərin faydasından danışıblar.
Tədbirdə çıxış edənlər azadlığa çıxmış şəxslərin məşğulluq məsələsi təminin olunarsa, onları təkrar cinayətə sürüklənmir, cəmiyyət üçün özlərini daha faydalı hesab edirlər. G. Əhmədova bildirib ki, cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış şəxslərin iş tapması, onları həyata bağlayır. G. Əhmədova uzun müddət məhkumluq həyatı yaşayan şəxslərin əmək vərdişlərinin bərpasına da zərurət olduğunu, bu işdə də SAY-ın həmin şəxslərə dəstək olacağını qeyd edib. 

Zülfiyyə QULUYEVA 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs