Əlaqə Arxiv
news Image
2017.06.28
15:30
| A A A
Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir

Rayon mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir. “Azərişıq” ASC-dən Movqe.az-a verilən məlumata görə, rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb. Rayonun 8 kəndində 0,4 kV-luq şəbəkələr yenidən qurulub və istismara verilib,digər kəndlərdə yenidənqurma işləri sürətlə davam etdirilir.

Hazırda rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa edilir. Son iki ildə rayon ərazisində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədi ilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) xətti çəkilib. Həmçinin 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədi ilə 40 km naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.

Sizin Reklam Yeriniz