Əlaqə Arxiv
news Image
2013.02.21
12:35
| A A A
Baş epidemioloq "donuz qripi" ilə bağlı bəyanat verdi
"Rusiyanın Moskva ətrafındakı Puşkino şəhərində 8 yaşlı oğlanın "donuz qripi"ndən dünyasını dəyişməsinin Azərbaycan üçün heç bir qorxusu yoxdur. Dövlət sərhəd keçid məntəqələrində sanitar karantin müfəttişliyi sərhədi keçən hər bir şəxsi müayinədən keçirir. Ölkədə "donuz qripi" təhlükəsi yoxdur. Əgər Rusiyada belə hal qeydə alınıbsa, bundan narahatçılıq keçirmək lazım deyil".
Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin baş epidemioloqu İbadulla Ağayev söyləyib. Onun sözlərinə görə, bu fakt ölkədə azyaşlı uşaqların "donuz qripi" nə görə vaksin edilməsini də şərtləndirmir: "Hazırda ölkədə "donuz qripi"nə görə təhlükə yoxdur. Buna görə uşaqları bu qripə görə peyvənd etməyə ehtiyac yoxdur.  Hansısa virusu insanın bədəninə yeridərək orqanizmi qıcıqlandırmaq lazım deyil. İnsanlar qripdən qorunmaq üçün əksinə, immuntetlərini artırmaq üçün qidalar qəbul etməli, mövsümə uyğun geyinməlidirlər ki, xəstələnməsinlər. Bədənin soyması kəskin respirator xəstliyin baş qaldırması üçün münbit mühit yaradır. Odur ki, vaksin barədə düşünməkdənsə, hər kəs orqanizminin bu viruslara yoluxmaması üçün immun sisteminin gücləndirilməsi üçün çalışmalıdır"

Sizin Reklam Yeriniz