Əlaqə Arxiv
news Image
2017.10.20
20:00
| A A A
Evi həşəratlardan təmizləməyin ƏN ASAN YOLLARI

Qızmar yay günlərini sevməməyimizin bir səbəbi də mətbəxi bürüyən qarışqalar, gecə yatmağa qoymayan ağcaqanadlardır. Bu həşəratlardan qorunmaq üçün marketlərdə yetərincə zəhər növü satılır. Lakin bu kimyəvi vasitələr, həşəratlardan çox insan sağlamlığına zərərlidir.
Movqe.az publika.az-a istinadən  evi arzuolunmaz həşəratlardan qorumağın ən sərfəli, təbii və zərərsiz üsullarını təqdim edir.
Ağcaqanadlardan qorunmaq üçün


Hərəsindən 3 damcı olmaq şərtilə lavanda, nanə və ekvalipt yağlarını təmiz süngərin üstünə tökün. Süngəri təmiz şüşə bankaya qoyub, qapaqla bağlayın. 24 saat saxladıqdan sonra, bankanın qapağını açın ki, ətir bütün evə yayılsın. Bu bitki yağlarının qoxusu 1 neçə gün ərzində ağcaqanadları evinizdən uzaq tutacaq.
Qarışqalardan qorunmaq üçün


Qarışqaların ən çox toplaşdığı künclərə qarğıdalı unu səpib, onu öz yuvalarına daşımaqlarını gözləyin. Bir neçə gündən sonra nəticəni görəcəksiz.
Tarakanlardan qorunmaq üçün


Soğanı xırda-xırda doğrayın. Sonra isə adi məişət sodası ilə qarışdırıb tarakanların bol olduğu yerə qoyun. Bu prosesi bir neçə gün təkrarlasanız, arzuladığınız nəticəni əldə edəcəksiniz.
 

Sizin Reklam Yeriniz