Əlaqə Arxiv
news Image
2013.02.21
16:05
| A A A
Təhsil nazirliyi ali təhsil müəssisələrinə tapşırıqlar verdi
"Təhsil nazirliyi bu ilin cənab prezident ilham Əliyev tərəfindən İKT ili elan olunması ilə əlaqədar ali məktəblərə tapşırıqlar verib. Bu tapşırıqlar arasında ali təhsil müəssisələrinin kitabxanaların elektron xidmət potensialının  və universitetlərin internet səhifələrinin səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin görülməsi öz əksini tapıb".
Bu sözləri Mövqe.az-a Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə verib. Onun sözlərinə görə, İKT ili ilə bağlı bütün ali və orta təhsil  müəssisələrində informasiya texnologiyalarından istifadə ilə bağlı görülən işlər sürətləndiriləcək: "Bura  ali təhsil müəssisələrinin kitabxanaların elektron xidmət potensialının  və universitetlərin internet səhifələrinin səviyyəsinin yüksəldilməsi də daxildir".
Xatırladaq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclasında da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev ali təhsil müəssisələrində kitabxanaların elektron xidmət potensialının və universitetlərin internet səhifələrinin aşağı səviyyəsinin aşağı olduğunu söyləmişdi.

Sizin Reklam Yeriniz