news Image
2017.07.17
15:11
| A A A
Gəncədə CESD sosial maarifləndirmə tədbiri keçirib

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Gəncə şəhərində şəhər icra hakimiyyəti, DSMF, bələdiyyə, sahibkar və KİV nümayədələrinin iştirakı ilə sosial maarifləndirmə təlimi təşkil edib. 

Təlimdə ekspert Rövşən Novruzov "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin dayanıqlı ikişaf məqsədləri kontekstində" mövzusunda çıxış edərək  2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barəsində təlim iştirakçılarını məlumatlandırıb. Keçirilən təlim nəticəsində iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı məsləhətlər verilib.
Təlim zamanı 3 fokus qrup yaradılb. Hər bir qrupun təqdimatı üçün suallar müəyyənləşdirilib. Qrup üzvləri müəyyən vaxt ayırmasından sonra öz təqdimatlarını ediblər. Qrup üzvləri təqdimat zamanı biri digərinə müxtəlif suallar verib və bu da onların etdiyi təqdimatın daha maraqlı olmasına səbəb olub. Təlimin sonunda iştirakçılar təlimi qiymətləndiriblər.
Tədbir Avropa İttifaqı  tərəfindən maliyyələşən və BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans:  Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması layihəsi çərçivəsində təşkil edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs