news Image
2017.07.18
10:05
| A A A
Bakıda güclü partlayış: ölən və yaralananlar var

Bakının mərkəzində atelye yanır.

Movqe.az yeniçag.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakıda Cəfər Cabbarlı 28 ünvanında güclü partlayış baş verib. Hadisə şahidlərinin dediklərinə görə, içəridə kimyəvi təmizləmə maddələri olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası bir saatdan artıqdır ki, Yanğını söndürməyə cəhd edirlər. FHN əmkdaşları hazırda atelyenin qapısını sındırıb içəri girməyə cəhd edirlər. İki polis əməkdaşı, bir sakin yaralanıb.

Atelyedə dərzi işləyən Mustafa adlı 67 yaşlı şəxs dünyasını dəyişib. İlkin məlumata görə, onun tüstüdən zəhərləndiyi bildirilir. Meyit içəridən çıxarılmayıb. Aidiyyatı qurumların əməkdaşlarının gəlişi gözlənilir. Qonşu Nərminə Əliyevanın dediklərinə görə, onun həyat yoldaşı Əfrasiyab Əliyev kömək etmək istəyərkən müxtəlif yanıq xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.

Yenicag.az hadisə yerindən görüntüləri təqdim edir:

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs