Əlaqə Arxiv
news Image
2017.07.18
10:54
| A A A
Susuzluq yaradan sularda təhlükə

Havalar istiləşdikcə sərinləşdirici içkilərə tələbat da artır. Həkimlərdə isti havalarda bol su içməyi tövsyиə etsələr də, qızmar günlərdə qəbul etdiyimiz bəzi mayelərin səhhətimizi sağalmaz xəstəliklərə düçar edəcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə azyaşlıların davamlı olaraq isti havalarda rəngli və qazlı sərinləşdirici sular qəbul etməsinin təhlükəli olduğu bildirilir. 

Tanınmış həkim-pediatr Vaqif Qarayev Movqe.az-a açıqlamasında deyib ki, valideynlərin bu addımı uşaqları ağır mədə-bağırsaq, ürək-damar xəstəlikləri ilə üz-üzə qoya bilər: “Yay aylarında sərin sudan bol miqdarda istifadə tövsiyə olunur. Bu, bədəndən tərlə xaric olunan suyun kompensasiya olunması məqsədi güdür. Amma söhbət qazsız, rəngsiz sərin sulardan gedir. Bəzi valideynlər uşağın susuzluğunu yatırmaq üçün satışdan sərin, şirin, rəngli və qazlı su alıb uşağa verirlər. Belə sular nəinki bədənin itirdiyi su kütləsini bərpa edir, əksinə, orqanizmdə susuzluq yaradır. Qazlı, rəngli suların tərkibində olan şəkər və digər inqridиyentlər orqanizmdə susuzluğa səbəb olur. Həmçinin bu cür sərinləşdirici mayedən nə qədər qəbul etsən də, bədəndən xaric olan su bərpa edilmir. Yəni, bu cür sular itirilmiş suyu kompensasiya etmir”.
V. Qarayev isti yay günlərində davamlı olaraq uşağına rəngli və qazlı su alan valideynləri kəskin şəkildə qınayır: “Bu suları davamlı qəbul etmək xüsusilə azyaşlılar üçün daha çox zərərlidir. Valideynlər bəzən uşaq istədikcə ona sərin qazlı, rəngli su alıb verirlər. Yayboyu uşağın istəyinin əksinə getməyib ona rəngli su alıb vermək az keçməmiş uşağın mədə-bağırsağında yaranan problemlərlə özünü biruzə verəcək. Bu qaçılmazdır. Çünki, sərinləşdirici içkilərə rəng və dad vermək üçün tərkibinə müxtəlif inqridiyentlər əlavə olunur. O inqridiyentləri uşaqların qəbul етмяси qəti şəkildə yolverilməzdir. Çünki, həmin rəng və dadverici inqridiyentlər orqanizмdə, xüsusilə də mədə-bağırsaqda ciddi problemlərə yol açır. Hətta bu cür içkilərin davamlı qəbulu ürək-damar xəstəlikləri də yaradır. Ona görə də biz valideynlərə bu cür sərinləşdirici içkiləri azyaşlılara verməməyi tövsiyə edirik”.
V. Qarayevin sözlərinə görə, hətta tərkibinə rəng və dadverici inqridiyentlər qatılan kulinariya məhsullarını da azyaşlılara vermək uşaqların səhhətində problemlərə yol açır: “Uşaqları mümkün qədər süni qatqıları olan qidalardan uzaq tutmalıyıq. Bəzi inqridiyentlər var ki, onlar kulinariya məhsullarına da vurulur. Ona görə də, valideynlər hazır kulinariya məhsullarını uşaqlara aldıqda içərisindəki inqridiyentlərə diqqət etməlidirlər”.

Zülfiyyə QULUYEVA     

  

Sizin Reklam Yeriniz