Əlaqə Arxiv
news Image
2017.07.18
11:04
| A A A
Texnologiyaların boşadığı ailələr-Komitədən narahatlıq dolu açıqlama

"İnformasiya texnologiyaları, mobil qurğular, sosial şəbəkələr boşanmaların sayını artıran amil kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini (AQUPDK) narahat edir".

Bu sözləri Movqe.az-a açıqlamasında Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova söyləyib. A. Veysəlova bildirib ki, bu gün cəmiyyəti informasiya texnologiyalarından istifadəsiz ötüşmək çətin olsa da, bəzən müasir texnologiyadan səhv istifadə ailələrin dağılmasına səbəb olur: "Bu problem bizi də ciddi narahat etdiyindən, hətta Komitə təlimlərdə də gənc ailələr arasında bununla bağlı marifləndirmə tədbirləri aparır. Gənc ailələlərə başa salırıq ki, informasiya texnologiyalarından səhv istifadə ailəni məhvə doğru apara bilər. Təbii ki, biz informasiya texnologiyalarından özümüzü tam təcrid edə bilmərik. Amma hər yeniliyin müsbət cəhətləri ilə yanaşı, mənfi təsirləri də var. Bu gün biz informasiya texnologiyalarından, mobil qurğulardan, sosial şəbəkələrdən istifadə zamanı bunun mənfi təsirlərini görürük. Ona görə də, çalışmalıyıq ki, informasiya texnologiyalarından düzgün istifadə edək. Mobil qurğuların, sosial şəbəkələrin mənfi təsirlərindən ailəmizi qoruyaq. Biz təlimlərdə də, bu məsələ ilə bağlı marifləndirmə işi aparanda görürük ki, mövzu geniş müzakirəyə səbəb olur.  İnformasiya texnologiyaları ailələrdə ünisyyət probleminə də səbəb olur. Ailə üzvlərinin mobil qurğulara aşırı asılılığı ailə daxilində etinasızlığa, laqeyidliyə gətirib çıxardır. Beləcə ailədə yaranan ünsiyyət problemi ailə üzvlərini bir-birinin problemindən xəbərsiz hala gətirir. Ona görə də, biz ailələrə informasiya texnologiyalarından düzgün istifadəni tövsiyyə edir, bununla bağlı marifləndirmə işləri aparırıq".

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz