Əlaqə Arxiv
news Image
2017.07.21
11:12
| A A A
"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək.

Movqe.az  xəbər verir ki, bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
 
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır: "Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək".

Sizin Reklam Yeriniz