Əlaqə Arxiv
news Image
2017.07.21
17:55
| A A A
ADAU-nun Macarıstanın ali təhsil müəssisələri ilə əlaqələri genişlənir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) beynəlxalq əlaqələrdə digər ölkələrlə yanaşı Macarıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığa geniş yer verir. 29 yanvar 2016-cı il tarixində Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin qonağı olub, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla universitetlərarası əlaqələrin perspektiv inkişaf istiqamətlərini müzakirə edib.

      Qeyd etmək lazımdır ki, hazırda ADAU ilə  Macarıstanın Kapoşvar Universiteti, Dunayvaroş Universiteti və Korvinus Universiteti  arasında əməkdaşlıq müqavilələri mövcuddur.
     Əməkdaşlıq əlaqələri müəllim və tələbələrin qarşılıqlı mübadiləsində daha çox özünü göstərir. Müəllimlərin mübadiləsinə misal olaraq 24 və 25 oktyabr 2016-cı il tarixlərində Macarıstanın Dunayvaroş Universitetinin əməkdaşları Atilla Szabonun və Bela Polatasın ADAU-ya səfər etmələrini, mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirərək  muhazirə söyləmələrini göstərmək olar.
ADAU-nun əməkdaşlarından Aygül Bağırova, Firuzə Məmmədova, İsa Şəfiyev, Rahil Muradov, Nərmin Şəfiyeva, Fariz Süleymanov, Cəfər Cəfərov Erasmus+ proqramı çərçivəsində Dunayvaroş Universitetinə səfər edərək mövcud təcrübələri öyrənib, macar tələbələrinə mühazirələr söyləyiblər.
          2016/2017 tədris ilinin ikinci semestrində ADAU-nun 3 tələbəsi – Rüfət Ağayev (iqtisadiyyat ixtisası üzrə II kurs tələbəsi), Elçin Heydərov (iqtisadiyyat ixtisası üzrə II kurs tələbəsi) və Leyla Aydınova ( qiyabi, iqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi) Macarıstanın Dunayvaroş Universitetində Erasmus+ təqaüd proqramı çərçivəsində təhsil alıblar. Leyla Aydınova Dunayvaroş Universitetində “İlin ən yaxşı Erasmus tələbəsi” adına layiq görülüb.
2017/2018 tədris birinci semestrində digər üç tələbə -Şəbnəm Əliyeva (dünya iqtisadiyyatı ixtisası üzrə IV kurs tələbəsi, ingilis bölməsi), Qüdrət Həbibli (dünya iqtisadiyyatı ixtisası üzrə IV kurs tələbəsi, ingilis bölməsi) və Aynur Quluzadə (iqtisadiyyat ixtisası üzrə IV kurs tələbəsi) təhsillərini davam etdirmək üçün cari ilin avqust ayının sonunda adıçəkilən universitetə yola düşəcəklər.
Budan başqa, universitetin “dünya iqtisadiyyatı” (tədris ingilis dilində) ixtisası üzrə məzunu Musa Alızadə Macarıstanın aparıcı ali təhsil müəssisələrindən biri olan  Debrecen Universitetində magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. Digər məzun Pərvin İdrisov qeyd olunan universitetdə magistratura təhsilinin ikinci ilini davam etdirəcəkdir.
Universitetin doktorantı Raqif Hüseynov isə təhsilini Macarıstanın məşhur Szent İstvan Universitetində davam etdirməkdədir.
Macarıstan alimləri ADAU-da ənənəvi olaraq hər il keçirilən beynəlxalq konfranslarda da fəal iştirak edirlər.
ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz