Əlaqə Arxiv
news Image
2017.07.21
18:10
| A A A
“İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür”

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 21 iyul 2017-ci il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür” mövzusunda tədbir keçirilibdir. 
Tədbirdə rayonun dini icma rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Natiq daha sonra vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının bu il Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edib. Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır. Əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerantlıq ənənələrinin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi təqdirəlayiq haldır. Seyfəddin Əliyev bildirib ki, İslam həmrəyliyi birlik və bərabərliyimizin ən yüksək səviyyədə tərənnümüdür. Ölkəmizdə İslam həmrəyliyinin qorunması həm də milli təhlükəsizliyimizə böyük töhfədir.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan dövlət-din siyasətinin uğurlu nəticələri barədə danışan Seyfəddin Əliyev, dini maarifləndirmənin zəruriliyinə toxunub, dövlət başçısının bu məqsədlə dini icmalara maliyyə yardımı göstərmək barədə müvafiq sərəncamının əhəmiyyətindən danışıb.
“İslam həmrəyli birlik və bərarərliyimizin ən ali tərənnümüdür” mövzusunda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli Azərbaycanın bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırılmasının önəmini vurğulayaraq möhtərəm Prezdentimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili elan olunmasını olduqca əhəmiyyətli və zamanın çağırışına cavab verən mühüm bir addım olduğunu vurğulamışdır.Daha sonra natiq Azərbaycanın dünyada sülhün və həmrəyliyin möhkəmləməsinə töhfə verdiyindən danışmışdır.
Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Masallı bölgə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxış edərək, regionlarda dini radikalizm meyllərinə qarşı aparılan maarifləndirici tədbirlərdən danışıb.
Tədbir Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları şurasının sədri Məmmədağa Şiriyev, gənc fəalTural İsayev, Dilguşə Məmmədova, Həmdulla Məmmədov, Əfrail Fərziyev və başqaları çıxış edərək qeyd etmişlər ki, ölkədə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Xalqımız ənənəvi İslam dəyərlərinə söykənir və yad təsirləri heç vaxt qəbul etməyəcək. İslami dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər kəsin müqəddəs borcudur.
ƏLİHÜSEYN ŞÜKÜROV,

Sizin Reklam Yeriniz