Əlaqə Arxiv
news Image
2017.07.22
13:46
| A A A
Milli Mətbuatın yaranmasının 142-ci ildönümü münasibəti ilə tədbir keçirilir

Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü ilə münasibətilə Bakıda "Altun Saray" restoranında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Movqe.az xəbər verir ki, tədbirdə hökümət üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ölkəmizin aparıcı media orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə öncə milli mətbuatın tarixindən, mətbuata dövlət dəstəyindən söz açılıb. Çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Mətbuat Günü ilə bağlı tədbir iştirakçıları salamlayaraq təbriklərini çatdırıb. V. Səfərli qeyd edib ki, təkcə jurnalistlər yox, bütün ictimaiyyət bu günü bayram kimi qeyd edir. V. Səfərli deyib ki, milli mətbuatımız keçməkeşli yol keçib: "Mətbuata diqqət və qayğı günü-gündən artır. Dövlət başçısı tərəfindən mətbuat işçilərinin sosial rifahlarının yaxşılaşdırılması istiqamətində bir çox göstəriş və sərəncamlar imzalanıb ki, onlardan birinə bu günlərdə hər birimiz şahidlik etdik. Cənab prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 256 mənzilli bina öz sahiblərinə təqdim olundu. Elə həmin gün jurnalistlər üçün yeni yaşayış binasının təməli qoyuldu. Bütün bunlar mətbuat nümayəndələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş nəcib təşəbbüsdür". V. Səfərli bildirib ki, Milli Mətbuatın 142-ci ildönümü ilə  əlaqədar elan olunmuş müsabiqəyə 69 KİV-dən 147 yazı təqdim olunub: "Müsabiqə 19 istiqamət üzrə keçirilib. Bu gün 19 jurnalist birinci yeri tutduğuna görə mükafatlandırılacaq"
V. Səfərli qeyd etdi ki, Fondun fəaliyyəti dövründə 31 milyondan çox vəsait ayrılıb.Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edib. Ə. Həsənov bu il mətbuat nümayəndələrinin peşə bayramlarını ikiqat bayram sevinci ilə yaşadıqlarını, cənab prezidentlə səmimi bir görüşün baş tutduğunu söyləyib:"Mətbuatın dostu, sizin qayğıkeşiniz cənab prezident sizlərlə görüşərək media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin davamlı olacağını bildirdi.Mən əminəm ki, qarşılıqlı ünsiyyətin yaratdığı o xoş təəssürat sizlərin yaddaşına həkk olundu. Ölkə başçısının sizlərin qarşısında proqram xarakterli çıxışı isə bizim üçün bir tövsiyədir. İlham Əliyevin çıxışı ilə bağlı mediamızda təhlillər aparılır və bu davam edəcək. Həmin tövsiyyələr əminəm ki, sizlər tərəfindən də qəbul olundu. Bu günlərdə sizin dostunuz olan cənab prezidentin növbəti qayğısı ilə 255 jurnalist mənzil sahibi oldu. Əlbəttə 255 mənzil sizin ehtiyaclarınız üçün yetərli deyil. Mən həmin mənzillərin paylanması üçün cənab prezidentə siyahı hazırlayan müvafiq komissiyaya böyük əzmlə, çalışdıqları üçün təşəkkür edirəm. Çox təəssüf ki, bəzi üzdəniraq, özünü jurnalist hesab edənlər bu komissiyanın gecəli-gündüzlü əziyyətinə qara yaxmağa çalışır, sosial şəbəkələrdə qarayaxma kompaniyası aparırlar. Siz 255 ev alan jurnalistlərin haqqını danmağa çalışırlar. Beləcə bu nəcib təşəbbüsə kölgə salmağa çalışırlar. Təbii ki, sizlərdən ən fəallarınız onlara lazım olan cavabı verirsiniz.Bu nəcib təşəbbüsə kölgə salamaq istəyənlərin özləri nə qədər bu komissiyanı aldatmağa cəhdlər ediblər.Onlar ev veriləcəyini anlayıb 6-ay öncə öz əmlaklarını özgəninkiləşdiriblər.Öz əmək kitablarını saxtalaşdıraraq stajlarını artırmağ cəhd ediblər. Onların arasında elələri var ki, stajlarını artıraraq 12-13 yaşından peşəkar jurnalistikada olduqlarını göstəriblər. Bunlar da müvafiq komissiyanın diqqətindən yayınmadı. Düzdür, təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Amma çox təəssüf ki, bu nəcib təşəbbüsə qarşı qarayaxma kompaniyası aparanlar katibələrə ev verildiyini deyirlər, sizlərin də bəziləri buna susqunluq nümayiş etdirərək sanki, bununla razılaşdığınızı sərgiləyirsiniz. Sizə əmin edirəm ki, bu siyahıda onların dediyi insanlardan bir nəfər də yoxdur. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev alması haqqı yoxdur? Yaxud Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. O insanlar da mətbuatın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var".
Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü ilə bağlı iddialara cavab verdikdən sonra jurnalistlər  üçün üçüncü binanın 2019-cu il iyulun 22-də istifadəyə verilməsinə çalışacaqlarını qeyd edib:
"Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək".

 

Sizin Reklam Yeriniz