Əlaqə Arxiv
news Image
2017.07.25
20:32
| A A A
Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi sərnişindaşımada gediş haqqının artımı ilə bağlı açıqlama verdi

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, son günlər bəzi informasiya saytlarında və sosial şəbəkələrdə muxtar respublika ərazisində avtobusla sərnişindaşıma xidmətində gediş haqqının artımı ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılır.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi bildirir ki, muxtar respublika ərazisində avtobusla sərnişin daşımada gediş haqqının 10 qəpik artırılması manatın devalvasiyası nəticəsində xarici ölkələrdən alınan ehtiyat hissələrində olan qiymət artımı ilə əlaqədardır. 

Sizin Reklam Yeriniz