Əlaqə Arxiv
news Image
2017.07.27
10:49
| A A A
Yanğınla bağlı təxliyyə edilən abituriyentlərə imtahan xəbəri

Bu gün iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilmiş imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün yenidən ali məktəblərə qəbul imtahanı təşkil edilib. Movqe.azsaytı  Dövlət İmtahan Mərkəzinə iatinadən xəbər verir ki, imtahanda 832 abituriyentin iştirakı gözlənilir.

Abituriyentlər dünənədək “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürüblər.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunub. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz