Əlaqə Arxiv
news Image
2017.07.27
14:23
| A A A
DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib - SİYAHI

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib. 

DİM-dən "Report"a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Boş qalan plan yerləri aşağıdakılardır:

AzərbaycanTibbUniversiteti

311422 Gigiyena 2

311439 Epidemiologiya 2

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

313261 Narkologiya 1

313278 Ftiziatriya 1

313326 Gigiyena 2

313334 Epidemiologiya 3

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

324115 Ftiziatriya 1

*324123 Mikrobiologiya 1

Respublika Narkoloji Mərkəzi

332118 Narkologiya 3

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

*333114 Mikrobiologiya 1

333122 Gigiyena 2

333139 Epidemiologiya 2

1 nömrəli Respublika Psixiatriya Xəstəxanası

339117 Psixiatriya 2

3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası

343118 Anesteziologiya-reanimatologiya 2

343183 Laboratoriyaişi 1

İctimai Səhiyyə və İslahatlar Mərkəzi

*346115 Sosial gigiyena və səhiyyənin təşkili 1

Naxçıvan Dövlət Universiteti

361132 Uşaq cərrahiyyəsi 1

361149 Travmatologiya-ortopediya 1

361165 Psixiatriya 1

361198 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 2

*361246 Sosial gigiyena və səhiyyənin təşkili 2

*361254 Mikrobiologiya 1

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı

362145 Travmatologiya-ortopediya 1

Sizin Reklam Yeriniz