Əlaqə Arxiv
news Image
2017.08.01
11:10
| A A A
Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib. Movqe.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən xəbər görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqıları ortalama 40% artıb.

 
Qeyd olunub ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdirilərək onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılır. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

APA

Sizin Reklam Yeriniz