news Image
2017.08.01
17:37
| A A A
Elmar Məmmədyarov: Sudanla 25 illik səmərəli əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafına təkan verib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sudanlı həmkarı İbrahim Qandura təbrik məktubu ünvanlayıb.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 ildə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Nazir həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyin ifadə edib. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

E.Məmmədyarov iki ölkə arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səylərlə ikitərəfli əməkdaşlığın Azərbaycan və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naminə daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyin ifadə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs