news Image
2017.08.01
17:56
| A A A
Bakıda fasiləsiz su təchizatı 81 faizə yüksəlib (FOTO)

Fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  Movqe.az-a verilən məlumata görə, bunu ASC sədri Qorxmaz Hüseynov 2017-ci ilin birinci yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Q.Hüseynov bildirib ki, ötən dövrdə Xırdalan şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərində şəbəkələrin tikintisi sürətləndirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilir. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əkin sahələrinin suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə işlər davam etdirilir.

Səhmdar Cəmiyyətin sədri qeyd edib ki, 2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb.

Q.Hüseynovun sözlərinə görə, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrin icrası davam etdiriləcək. İlin sonunadək 6 şəhərdə layihələrinin icrasının yekunlaşması gözlənilir. Eyni zamanda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması, Bakı şəhərində səth sularının yığılma təhlükəsi olan ərazilərdə həyata keçirilən layihələrin başa çatdırılması nəzərdə tutulur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs