Əlaqə Arxiv
news Image
2017.08.01
16:21
| A A A
6 tələbənin ölümünə səbəb olan sürücü 10 il müddətinə azadlıqdan məhrum edilib (YENİLƏNİB)

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Movqe.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə N.Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

XXX

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Movqe.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il martın 9-da səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini N.Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış "ZİL" markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Trend

Sizin Reklam Yeriniz