Əlaqə Arxiv
news Image
2017.08.17
15:39
| A A A
Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edildi

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Movqe.az Azərbaycan Taekvando Federasiyasına istinadən məlumat verilir ki, K.Heydərov bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Sizin Reklam Yeriniz